Ukrayna müharibəni diplomatiya yolu ilə bitirməyə hazırdır - Zelenski


Prezident Vladimir Zelenski bəyan edib ki, Ukrayna öz tərəfdaşları ilə müharibəyə son qoymağın diplomatik yolları ilə bağlı ortaq mövqedə razılaşıb və müvafiq dialoqa hazırdır.

Turkustan.az xəbər verir ki, Zelenski bildirib:

"Biz açıq şəkildə diplomatiya sahəsində tərəfdaşlarımızla eyni mövqedəyik, dəstəyə, prinsipial mövqeyinə görə hər kəsə - bütün ölkələrə, bütün liderlərə minnətdaram. Ukrayna bir daha müharibəni dayandırmağa hazır olduğunu bildirib".

Zelenskinin sözlərinə görə, tərəflər hazırkı təmas xəttində hərbi əməliyyatların dayandırılması ilə bağlı dialoq təşkil etməyə çalışmağa razılaşıblar. O, həmçinin vurğulayıb ki, bu yanaşma ABŞ prezidenti Donald Trampın komandası tərəfindən dəstəklənir və bu artıq ictimaiyyətə açıqlanıb.

Bundan əlavə, prezident beynəlxalq tərəfdaşlara sülhün bərqərar edilməsinə yanaşmada göstərdikləri birliyə və diplomatik və siyasi səviyyədə Ukraynaya davamlı dəstəyə görə təşəkkür edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ