Ərdoğan Küveytə hədiyyəsi ilə getdi


Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Küveytdə təmaslarını davam etdirir.

Turkustan.az xəbər verir ki, Küveyt Beynəlxalq Hava Limanına enən prezident Ərdoğan Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah tərəfindən rəsmi mərasimlə qarşılanıb, daha sonra proqramı çərçivəsində görüşlərin keçiriləcəyi əraziyə keçib.

Prezident Ərdoğan təmasları çərçivəsində Küveyt əmiri Əl-Sabaha ağ rəngli “Togg” markalı avtomobil hədiyyə edib.

Prezident Ərdoğanı Küveytə səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və ticarət naziri Mehmet Fatih Kaçır və Ticarət naziri Bolat müşayiət edir.

Prezident Ərdoğan Küveytdəki təmaslarının ardından Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşmək üçün Qətərin paytaxtı Dohaya gedəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ