Almaniyanın son “Böhran və Fəlakətlərə Hazırlıq” hesabatında ölkədəki hər evin 3-10 gün davam edəcək kifayət qədər gündəlik təcili ləvazimat və ehtiyat hazırlığı saxlaması tövsiyə olunur.
Turkustan.az xəbər verir ki, bu barədə Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal Bürosu (BBK) məlumat yayıb.
Hesabatda qeyd edilir ki, Almaniya dünyanın ən təhlükəsiz ölkələrindən biri olsa da, gündəlik rejimi pozan böhranlar və ya fəlakətlər hələ də mümkündür. Ekstremal hava hadisələri, kiberhücumlar, dezinformasiya və təxribat infrastruktura, ictimai rəyə və sosial birliyə ciddi təhlükə yarada bilər. Hətta müharibə ehtimalı da əvvəlki illərlə müqayisədə daha az ehtimal olmasa da, nəzərə alınmalıdır.
BBK tərəfindən hazırlanan broşürdə vətəndaşlara böhran və fəlakət zamanı kömək gələnə qədər evdə özlərinə qulluq etmək üçün nə etməli olduqları ətraflı izah edilir. Buraya su, qida, tibbi ləvazimat və gigiyena vasitələrinin evdə saxlanması tövsiyə olunur. /Musavat.com/