Dünya Bankı: Suriyanın yenidən qurulmasına 216 milyard dollar xərclənib


Dünya Bankı Suriyada münaqişədən sonra yenidənqurma işlərinin dəyərinin 216 milyard dollar qiymətləndirilir.

Turkustan.az xəbər verir ki, bank ölkə daxilində infrastruktur və tikinti aktivlərini əhatə edən “2011-2024-cü illərdə Suriyanın Fiziki Zərər və Yenidənqurma Qiymətləndirilməsi” adlı hesabat yayıb.

Bəyanatda qeyd olunub ki, Suriyada 13 ildən artıq davam edən münaqişədən sonra yenidənqurma işlərinin dəyəri 216 milyard dollar qiymətləndirilir.

Suriyanın münaqişədən əvvəlki ümumi kapital fondunun təxminən üçdə birinin zədələndiyi vurğulanan bəyanatda, infrastruktur, yaşayış və qeyri-yaşayış binalarına dəyən birbaşa fiziki zərərin məbləğinin 108 milyard dollar olduğu qeyd edilib.

Açıqlamada, qiymətləndirilən kateqoriyalar arasında infrastrukturun ən çox zərər gördüyü, ümumi zərərin 48 faizini təşkil etdiyi, ümumi zərər baxımından ən çox zərər çəkən Hələb, Dəməşq kəndi və Homs bölgələri olduğu paylaşıldı.

Bəyanatda, zədələnmiş fiziki aktivlərin bərpası xərclərinin 140 milyard dollar ilə 345 milyard dollar arasında olduğu, ən böyük ehtimalın isə 216 milyard dollar olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ