İnanın mənə: növbəti müharibə gəlir, döyüşə hazırlaşırıq – General


ABŞ Dəniz Piyadaları Korpusunun komandanı, general Erik Smit münaqişələrin yaxınlaşdığına işarə edib.

Turkustan.az xəbər verir ki, bu barədə o, Dəniz Piyadaları Korpusunun yaradılmasının 250-ci ildönümündə çıxışı zamanı deyib.

“İnanın mənə… Növbəti müharibə gəlir. Dəniz Piyadaları buna hazır olacaq. Döyüşməyə hazırdır. Qələbəyə hazırdır”, – o bildirib.

Bu bəyanat regionda və beynəlxalq mətbuatda ciddi rezonans doğurub.

Yunan mediası generalın bu bəyanatını ABŞ–Yunanıstan–Türkiyə üçbucağı kontekstində şərh edib. Xüsusilə Yunanıstan mətbuatında bu çıxışın Türkiyəyə dolayı mesaj olduğu vurğulanır. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ