Bayden: Qəzzada atəşkəsin əldə olunmasında rolum böyük olub


ABŞ-ın keçmiş prezidenti Co Bayden Qəzzada qüvvəyə minən atəşkəsdə prezidentliyi dövründə görülən işlərin də rol oynadığını müdafiə etdi.

Turkustan.az xəbər verir ki, Qəzzada qüvvəyə minən atəşkəsdə prezidentliyi dövründə göstərilən səylərin də rol oynadığını müdafiə edən Joe Bayden: "Mənim rəhbərliyim dövründə komanda məhbusların evlərinə qayıtması, yardımların Fələstin vətəndaşlarına çatması və müharibənin sona çatması üçün yorulmadan çalışdı" deyə, bildirdi.

Bayden ABŞ mərkəzli X şirkətinin sosial media hesabında Həmas ilə İsrail arasında əldə olunan atəşkəs razılaşması ilə bağlı paylaşım edib.

"Bu razılaşmaya gedən yol asan olmadı" deyən Bayden yazıda əlavə etdi: "Mənim rəhbərliyim dövründə komanda məhbusların evlərinə qayıtmasını, yardımların Fələstin mülki vətəndaşlarına çatmasını və müharibənin sona çatmasını təmin etmək üçün yorulmadan çalışdı."

Bayden ABŞ prezidenti Donald Trampı və komandasını Qəzzada atəşkəsin əldə edilməsinə verdiyi töhfələrə görə təbrik edib və ABŞ və bütün dünya ölkələrinin dəstəyi ilə Yaxın Şərqdə davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ