Zatulindən Paşinyana sərt ittiham: “Xəyanət edir, Ermənistanı Qərbə satır”


Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini kəskin tənqid edib.

Turkustan.az xəbər verir ki, o, Paşinyanı ölkənin milli maraqlarını qurban verərək Qərbin təsiri altına düşməkdə ittiham edib.

Zatulinin sözlərinə görə, Paşinyanın “Dördüncü Respublika” adlandırdığı təşəbbüs Konstitusiyanı dəyişmək və Ermənistanda yeni siyasi sistem formalaşdırmaq üçün manevrdir. Deputat bildirib ki, xalq bu ideyaya qarşı çıxır, çünki o, “xəyanət və dövlətçiliyin zəifləməsi” deməkdir.

Rusiyalı siyasətçi Paşinyanın daxili və xarici siyasətini “gözəl örtük altında iflas” adlandırıb. Onun fikrincə, Ermənistan rəhbəri “sülh məntiqi” ifadəsi ilə öz uğursuzluqlarını gizlətməyə çalışır.

Zatulin həmçinin ABŞ nəzarətində olan kommunikasiya layihələrinin region üçün təhlükə yaratdığını vurğulayıb.

Deputat Paşinyanın Rusiya ilə əlaqələrdən uzaqlaşdığını, Avrasiya İttifaqı və KTMT-dən faktiki olaraq çıxmaq kursu tutduğunu da qeyd edib.

Zatulinin fikrincə, Avropa İttifaqı Ermənistanı qəbul etməyəcək, çünki bu proses yalnız “erməni xalqının şüurunu yenidən formatlamağa” xidmət edir.

O əlavə edib ki, 2026-cı ildə Qərb Paşinyanı açıq şəkildə dəstəkləyəcək. Onun sözlərinə görə, Avropa Siyasi Birliyinin sammitində Paşinyana vizasız rejim və siyasi dəstək vəd ediləcək, çünki Qərb onu hakimiyyətdə saxlamaq istəyir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ