Tramp: Heç kim Qəzzadan zorla çıxarılmayacaq


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşüb.

Turkustan.az xəbər verir ki, oval kabinetdə jurnalistlərin suallarını cavablandıran Tramp Qəzzada atəşkəs prosesinin yaxşı nəticə verəcəyini və bölgədəki bütün ölkələrin planı dəstəklədiyini bildirib.

Qəzzadakı yenidənqurma prosesində fələstinlilərin məcburi köçkün olunmayacağını təsdiq edib-etmədiyini soruşduqda Tramp, "Xeyr, heç kim zorla köçürülməyəcək. Bizim belə bir şey etmək planımız yoxdur. Bu, böyük bir plandır, sülh planıdır və hamının dəstəklədiyi bir plandır" cavabını verib.

DHA-nın məlumatına görə, Tramp əsirlərin bazar ertəsi və ya çərşənbə axşamı azad ediləcəyini vurğulayaraq, "Yəqin ki, o gün orada olacam. İsraildə və gördüyüm bir çox ölkədə hamı bayram edir" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ