Müharibənin bitdiyi rəsmən elan olundu – Təcili açıqlama


HƏMAS rəhbərlərindən Xəlil əl-Hayiyə müharibənin başa çatdığını bəyan edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Əl-Hayiyənin sözlərinə görə, razılaşma Qəzza zolağının cənubundakı Rafa sərhəd keçidinin hər iki istiqamətdə açılmasını nəzərdə tutur. Bu addım bölgəyə humanitar yardımın daxil olmasına və mülki əhalinin təhlükəsiz keçidinə şərait yaradacaq.

Hazırda tərəflərin razılaşmanın təfərrüatlarını rəsmi şəkildə təsdiqləməsi gözlənilir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ