Rusiyada bayrağımıza qarşı təxribat: ay-ulduz belə göstərildi – FOTO


Rusiyanın Sankt-Peterburq şəhərində Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandirlərinin görüşü zamanı Azərbaycan bayrağı ilə bağlı səhvə yol verilib.

Turkustan.az xəbər verir ki, divardakı monitorda əks olunmuş Azərbaycan bayrağı düzgün təsvir edilsə də, zala qoyulmuş bayraqda yanlışlıq müşahidə olunub.

Belə ki, bayrağın üzərindəki ulduz ayparanın içinə doğru çəkilib.

Qeyd edək ki, ötən gün Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizi hövzəsində təhlükəsizliyin möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb.


Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ