İstanbulda məşhurları hədəf alan narkotik əməliyyatı ilə bağlı detallar ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
Məlum olub ki, istintaq çərçivəsində məşhurlardan qan, sidik və saç nümunələri götürülüb, daha sonra onlara beş sual verilib. Bundan əlavə, hər bir iştirakçı ayrı otaqda saxlanılıb.
Sorğu zamanı “Narkotikdən istifadə edirsinizmi?”, “Narkotik satan biri ilə əlaqəniz olubmu?”, “Heç narkotik istifadə olunan mühitdə olmusunuzmu?”, “Kiminsə narkotik istifadə etdiyini görmüsünüzmü?”, “Narkotikdən istifadəni təşviq edən və ya təhrik edən bir şey paylaşmısınızmı?” sualları verilib.
Qeyd edək ki, siyahıda olan adlar bunlardır: İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evqar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinci, Mert Yazıcıoğlu, Feyza Altun, Dərin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan, Dilan Polat, Engin Polat.
Xatırladaq ki, “narkotik maddə istifadəsinə təşviq” ittihamı ilə saxlanılan 19 məşhurun hamısı azadlığa buraxılıb./publika.az