Qəzzada atəşkəs əldə edildi! Dünyanın hər yerindən təbriklər gəldi


ABŞ prezidenti Donald Tramp ötən gecə İsrail və HƏMAS-ın Qəzzada atəşkəsə razılaşdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, iki ildir dünyanın gözü qarşısında İsrailin amansız hücumlarına məruz qalan atəşkəs üçün dünya liderlərindən təbrik mesajları gəlməyə başlayıb.

Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampın Qəzza planının birinci mərhələsi ilə bağlı razılaşmanı alqışlayıb və bildirib ki, razılaşma gecikmədən tam şəkildə həyata keçirilməlidir.
Starmer açıqlamasında "Prezident Trampın Qəzza sülh planının birinci mərhələsi ilə bağlı razılığın əldə olunması xəbərini alqışlayıram. Bu razılaşma indi gecikdirilmədən tam şəkildə həyata keçirilməlidir və Qəzzaya həyati xilas edən humanitar yardımların çatdırılmasına qoyulan bütün məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır" dedi.

Starmer bunun xüsusilə girovlar, onların ailələri və Qəzzadakı mülki əhali üçün böyük bir rahatlama olacağını söylədi və ABŞ, Misir, Qətər və Türkiyəyə "yorulmaz" diplomatik səylərinə görə təşəkkür etdi.

"Mən rahatam ki, girovlar tezliklə ailələrinə qovuşacaqlar. İllərlə davam edən gərgin əzablardan sonra sülh nəhayət ki, əlçatmaz görünür", - Kanadanın baş naziri Mark Karni deyib.

Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Vitse-Prezidenti Kaja Kallas bildirib ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması mühüm addım və böyük diplomatik uğurdur.

Kallas qeyd edib ki, Aİ planın həyata keçirilməsi üçün əlindən gələni edəcək.

Baş nazir Modi də "Ümid edirəm ki, girovların azad edilməsi və Qəzza xalqına humanitar yardımın artırılması onlara rahatlıq gətirəcək və davamlı sülhə yol açacaq" dedi.

Malayziyanın baş naziri Ənvər İbrahim, "Bu inkişaf aylarla davam edən dözülməz iztirab və dağıntılardan sonra ümid işığını təqdim edir" dedi.

ABŞ prezidenti Trampın yaxın müttəfiqi olan Argentina prezidenti Xavyer Milei sosial media hesabında "Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Donald J. Trampın beynəlxalq sülhə verdiyi qeyri-adi töhfələrə görə Nobel Sülh Mükafatına namizədliyini imzalayacağam. Oxşar nailiyyətləri olan başqa bir lider artıq mükafatı alacaqdı".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ