Gideon Saar: Fransadakı Qəzza görüşü Trampın planını alt-üst etmək cəhdidir


İsrailin xarici işlər naziri Gideon Saar Fransada keçiriləcək Qəzza görüşünü ABŞ prezidenti Donald Trampın planını “altılamaq cəhdi” kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Saar ofisindən verilən yazılı açıqlamaya görə, Fransa hökumətinin bu həssas zamanda təşəbbüsünün əvvəlkilər kimi gərəksiz və zərərli olduğunu müdafiə edən Saar, "Ümid edirəm ki, Fransanın bu hərəkəti məhbusların azad edilməsi üçün kritik danışıqlara zərər verməyəcək" dedi.

Saar görüşə dəvətlərdə Trampın planına Nyu-York Bəyannaməsinə oxşar statusun verilməsinin Trampın planının həyata keçirilməsinə açıq-aydın zərbə vurmaq cəhdi olduğunu müdafiə edib.

İspaniyanın baş naziri Pedro Sançesin hökumətinə toxunan Saar deyib ki, “İsrailə açıq düşmənçilik edən bu cür hökumətlərin (Paris görüşünə) dəvət edilməsi son dərəcə utancvericidir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ