ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı razılaşmanın yaxınlaşdığını bildirib.
Turkustan.az xəbər verir ki, Donald Tramp bu açıqlamanı verib:
"Bu həftə sonu Yaxın Şərqə gedə bilərəm. Bəlkə də bazar günü gedəcəm. Misirdə böyük komandamız var. Düşünürəm ki, razılaşma olacaq. Bunun baş verməsi üçün yaxşı şans var. Görünür, Həmasla danışıqlar yaxşı gedir".
Donald Tramp başqa bir bəyanatında böyük ehtimalla Misirə gedəcəyini bildirib.
Jurnalistlərin Qəzzaya gedib-getməməsi ilə bağlı sualını cavablandıran Tramp, "Gedə bilərəm. Bunu edə bilərəm" deyib.
Aytən Yaşar/ Turkustan.az