İsrail donanması Sumud Flotilliyasını mühasirəyə aldı.
Turkustan.az xəbər verir ki, təxminən 20 İsrail hərbi gəmisi, Qlobal Sumud Flotilliyasını mühasirəyə alıb. Donanma üzvləri isə mümkün müdaxiləyə qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.
Kritik inkişaf, Sumud Donanmasının İsrailin Qəzza zolağına tətbiq etdiyi blokadanı yarmaq məqsədilə yüksək riskli bölgəyə yaxınlaşması zamanı baş verib.
Məlumata görə, İsrail hərbi qüvvələri flotilliyanın qarşısını almaq üçün aktiv hərəkətə keçib və bölgəyə hərbi gəmilər göndərilib.
Qlobal Sumud Flotilliyası, Qəzzaya humanitar yardım çatdırmaq və blokadanı sülh yolu ilə aşmaq məqsədi daşıyır.
Aytən Yaşar/ Turkustan.az