Son bir neçə günün ən mübahisəli mövzusu! Özəlin diqqət çəkən hərəkəti


Xarici işlər naziri Hakan Fidan Milli Döyüş Təyyarəsi KAAN layihəsi ilə bağlı mühərrik tədarükündə yaşanan problemlərə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, o bildirib:

“Hazırda almağı gözlədiyimiz KAAN mühərrikləri ABŞ Konqresində saxlanılır və lisenziyaları dayandırılıb. Bu lisenziyalar təsdiqlənməli və mühərriklər çatdırılmalıdır ki, KAAN istehsalına başlana bilsin.”

Nazir Fidanın bu açıqlaması layihə ətrafında yeni müzakirələrə səbəb olub.

Mövzuya münasibət bildirən Müdafiə Sənayesi Başqanı Haluk Görgün isə bildirib ki, Türkiyə yalnız bir tədarükçüyə bağlı qalmır:

“Kütləvi istehsal prosesimizi təhlükəyə atmamaq üçün tək mənbəyə güvənmirik. Müxtəlif satınalma kanalları ilə işləyirik və eyni zamanda alternativləri də qiymətləndiririk.”

Müzakirələr fonunda CHP sədri Özgür Özəl də mövzuya münasibət bildirib. O, Türk Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) tərəfindən istehsal edilən və inkişaf etdirilən KAAN təyyarəsini ziyarət edərkən çəkilmiş fotosunu paylaşaraq, layihəyə dəstək verdiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ