MİT direktoru Qəzza görüşü üçün Qətərdə


Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin bugünkü Qəzza vasitəçiliyi toplantısına qatılacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın ABŞ prezidenti Donald Trampın Qəzza planı ilə bağlı hadisələri müzakirə etmək üçün Qətərə gedib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Kalın Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə Həmas ilə İsrail arasında davam edən danışıqlarda Trampın irəli sürdüyü Qəzza planı ilə bağlı əlaqədar tərəflərlə danışıqlar aparacaq.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari paytaxt Dohada keçirdiyi mətbuat konfransında Türkiyənin də Qəzzada atəşkəs və Trampın açıqladığı əhatəli planla bağlı danışıqlara qatılacağını ifadə edərək, "Müharibənin sona çatması üçün Qətər, Misir və Türkiyənin səyləri kollektiv və koordinasiyalı şəkildə həyata keçiriləcək" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ