ABŞ-da keçirilən sorğuya görə, hər 4 amerikalıdan 3-ü prezident Donald Trampın Nobel Sülh Mükafatını almağa layiq olmadığını düşünür.
Turkustan.az xəbər verir ki, Vashington Post və Ipsos 11-15 sentyabr tarixləri arasında ölkə üzrə 2513 nəfər arasında sorğu keçirib.
Sorğuda vətəndaşlardan Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı fikirləri öyrənilib.
Buna görə, ABŞ vətəndaşlarının 76 faizi Trampın Nobel Sülh Mükafatını almağa layiq olmadığını, 22 faizi isə layiq olduğunu bildirib.
Respublikaçı seçicilərin 49%-i Trampın bu mükafata layiq olduğunu, 49%-i isə layiq olmadığını bildirib. Bu nəticə həm də respublikaçılar arasında məsələ ilə bağlı konsensusun olmadığını nümayiş etdirdi.
Respondentlərin 60 faizi Trampın Rusiya və Ukrayna arasında müharibəyə yanaşmasını, 58 faizi isə İsrailin Qəzzaya hücumlarına münasibətini bəyənmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az