Tramp–Putin görüşü yenidən gündəmdə – Kreml: “Hazırıq”


Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında yeni telefon danışığının keçirilməsi ilə bağlı hələlik razılaşma yoxdur.

Turkustan.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Hazırda belə bir telefon danışığının dəqiq tarixi və ya razılaşdırılmış formatı yoxdur. Amma ehtiyac yarandığı təqdirdə, bu cür əlaqə çox qısa müddətdə təşkil oluna bilər. Bunun üçün bütün diplomatik və texniki kanallar mövcuddur,” – deyə, Peskov bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ