Polşa prezidenti Karol Navrotski bildirib ki, Rusiya lideri Vladimir Putin Ukraynada münaqişəyə başlamaq qərarından sonra digər ölkələri işğal etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu o, Helsinkidə finlandiyalı həmkarı Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında deyib.
"Biz Vladimir Putinin xoş niyyətlərinə inanmırıq. Təbii ki, regionlarımıza lazım olan uzunmüddətli sülhü, daimi sülhü gözləyərkən, Vladimir Putinin də başqa ölkələri işğal etməyə hazır olduğuna inanırıq", - Navrotski bildirib.
O, məhz bu səbəbdən Polşanın silahlı qüvvələrini, tərəfdaşlıqlarını, müttəfiqlik əlaqələrini inkişaf etdirdiyini qeyd edib, lakin konkret tədbirlərin adını çəkməyib.
Polşa prezidenti regionda “təhlükəsizlik arxitekturasının” dəyişdiyini qeyd edərək əlavə edib ki, ABŞ prezidenti Donald Tramp “azad dünyanın yeganə lideridir” və Putini danışıqlara məcbur edə bilər.
Keçən həftə Tramp Nawrotskini Ağ Evdə qarşılayanda Polşaya əlavə qoşun göndərməyi təklif etmişdi.
Eyni zamanda, Avropa güclərinin Ukraynada müharibənin dayandırılmasında israr etdiyi son aylarda Stubb müntəzəm olaraq Amerika prezidenti ilə əlaqə saxlayıb.
Aytən Yaşar/ Turkustan.az