İsrail və Hindistan arasında ikitərəfli investisiya sazişi imzalanıb. Yeni Dehlidə iki ölkənin maliyyə nazirləri görüşüb.
Turkustan.az xəbər verir ki, Hindistanın maliyyə naziri Nirmala Sitharaman və onun israilli həmkarı Bezalel Smotriç ikitərəfli investisiya sazişi imzalayıblar.
Hindistan Maliyyə Nazirliyi ABŞ mərkəzli X şirkətinin sosial media platformasında verdiyi açıqlamada Sitharaman və Smotrichin Hindistanın paytaxtı Yeni Dehlidə görüşdüyünü açıqlayıb.
Açıqlamada bildirilib ki, görüşdən sonra tərəflər ikitərəfli investisiya sazişi imzalayıblar.
Bəyanatda sazişin qarşılıqlı ticarət və investisiyaları artırmaq məqsədi daşıdığı, tərəflərin iqtisadi əməkdaşlığı gücləndirmək əzmində olduqlarını bir daha təsdiqlədikləri bildirilib.
Aytən Yaşar/ Turkustan.az