Tramp HƏMAS-ı hədələyərək xəbərdarlıq etdi: Bunu etsəniz, işlər bitəcək!


ABŞ prezidenti Donald Tramp HƏMAS-ın saxladığı israilli məhbuslarla bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial media platforması Truth Social-da yayımladığı paylaşımda Həmasa sərt mesaj göndərib.

“Həmas-a deyin ki, 20 məhbusun hamısını azad etsinlər. Təkcə 2, 5 və ya 7 nəfər yox. Vəziyyət tez dəyişəcək. Bu, bitəcək”, – Tramp bildirib.

Bu arada İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzzanın şimalındakı şəhərin işğalı ilə bağlı yeni planı təsdiqləyib.

İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl verdiyi açıqlamada bütün Qəzza zolağının işğalını hədəflədiklərini bildirib.

İsrail mediası isə ordunun Qəzzanın qalan hissəsini nəzarətə almaq üçün əmri artıq aldığını, lakin əməliyyatın sentyabrdan əvvəl başlamayacağını qeyd edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ