İsrail Baş Qərargah rəisi Zamir Şimal Komandanlığında hərbi rəsmilərlə görüşdən sonra verdiyi açıqlamada "Həmas rəhbərliyinin çoxu xaricdədir və biz onlarla da əlaqə saxlayacağıq" deyib.
Turkustan.az xəbər verir ki, Qassam Briqadalarının sözçüsü Zamir, Əbu Ubeydəyə hücumun Yəmən, Livan və Suriyada həyata keçirdikləri hücumların davamı olduğunu ifadə edərək, "sonuncu olmayacaq" iddiasını irəli sürüb.
İsrailin müdafiə naziri Yisrael Katz dünən Qəzza şəhərinə hücumda HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydəni öldürdüklərini iddia edib.
Katz Qəzza şəhərinə hücumları intensivləşdirdikcə, HƏMAS-ın daha yüksək vəzifəli şəxslərini hədəf almağa davam edəcəkləri ilə hədələmişdi.
Aytən Yaşar/ Turkustan.az