Putin Trampın bu şərtləri ilə RAZILAŞACAQ – SENSASİON DETALLAR


Xəbər verdiyimiz kimi, bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin cümə Alyaskada danışıqlar aparacaqlar.

Turkustan.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, görüşdə Ukraynada atəşkəs razılaşmasının imzalanması perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır.

Lakin Rusiya lideri müşahidəçilərin fikrincə, hər iki tərəfə siyasi imicini qorumağa imkan verə biləcək mümkün nüvə sazişinin müzakirəsini təklif edib.

Kremldəki mənbənin bildirdiyinə görə, Moskva və Vaşinqton artıq müəyyən məsələlərdə ortaq mövqeyə gəliblər.

“Görünür, bəzi şərtlər razılaşdırıla bilər. Çünki Trampa “yox” demək mümkün deyil, biz isə sanksiya təzyiqinə görə imtina edə bilmərik”, – agentliyin həmsöhbəti bildirib.

“Reuters”in məlumatına görə, Putin atəşkəsin tam dayandırılması üçün sərt tələblər irəli sürüb. Mümkün kompromis variantlardan biri isə hava əməliyyatlarının mərhələli şəkildə dayandırılması ola bilər.

Ekspertlər hesab edirlər ki, Rusiya lideri ABŞ-ın tələblərinə cavab verir görüntüsü yaratmaqla yanaşı, Ukraynada münaqişəni gələcəkdə eskalasiya etmək imkanını da saxlamağa çalışa bilər.

“Əgər ruslar atəşkəs nəzərdə tutan, lakin Moskvanın münaqişənin gedişinə nəzarətini qoruyan və Ukrayna üzərində real məhdudiyyətlər tətbiq etməyən bir razılaşma təklif etsələr, bu, Putin üçün ən optimal nəticə olacaq”, – Avropa Siyasəti Analizi Mərkəzinin demokratik davamlılıq üzrə direktoru Sem Qrin bildirib.

Qeyd edək ki, Tramp və Putinin görüşü bu gün, 15 avqust, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. ABŞ dövlət katibi Marko Rubio-nun sözlərinə görə, Amerika prezidenti “müəyyən atəşkəs” əldə etməyə ümid edir. Tramp həmçinin xəbərdarlıq edib ki, əgər Putin atəşkəsə razılıq verməsə, bunun çox sərt nəticələri olacaq./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ