Daha əvvəl bir çox hadisəni proqnozlaşdırdığı iddia edilən məşhur "The Simpsons" cizgi serialı bu dəfə də ABŞ prezidenti Donald Trampın ölüm tarixi ilə gündəmdədir.
Turkustan.az ABŞ mediasına istinadla xəbər verir ki, filmin səhnələrindən birində qəzet parçasının yuxarısında “12 avqust 2025-ci il” tarixi, altında isə “Tramp ölü tapıldı” yazılıb.
Görüntülərdə Trampın tabutda yatan fiquru əks olunub.
Sosial media istifadəçiləri bunun Trampa bir mesaj olduğunu iddia edir./publika.az