2025-ci ilin ikinci rübündə Gürcüstana 1,8 milyon səyahətçi səfər edib ki, bu da 2024-cü illə müqayisədə 6,9% çoxdur.
Turkustan.az xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bunların 1,3 milyonu turist səfəridir ki, bu da ötən illə müqayisədə 10,7% çoxdur.
Ən çox turist Rusiyadan gəlib - 309,4 min, bu da ümumi ziyarətçilərin 22,4%-ni təşkil edir. Sonrakı yerləri Türkiyə (17,6%) və Ermənistan (10,8%) tutur. /bakupost.az/