ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak Dəməşq Beynəlxalq Hava Limanının bərpası və yeni obyektlərin tikintisi üçün yaradılan konsorsiuma Qətərin UCC və Türkiyənin Cengiz və Kalyon qruplarının daxil olduğunu, ölkənin sülh və rifah yolunun regional tərəfdaşlarla birlikdə formalaşacağını bildirib.
Turkustan.az xəbər verir ki, Barak Dəməşqdə imzalanma mərasiminə qatıldıqdan sonra X sosial media hesabında paylaşım edib. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Barak: "Firavan və dinc Suriyanın gələcəyi Suriyanın və onun yeni Dəməşq Beynəlxalq Hava Limanının inşa-işlət-təhvil layihəsini qazanan Qətərin UCC və Türkiyənin Cengiz və Kalyon qrupları kimi regional tərəfdaşlarının əlindədir" dedi.
ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı bu gün Dəməşqdə keçirilən imzalanma mərasimində iştirak etməkdən məmnunluğunu ifadə edən Barak: “Bərpaya aparan yol təhlükəsizlik və sabitlik təməlinin qurulmasından, ardından hökumət sistemlərinin və nəhayət, sahibkarlıq və firavanlığın yaradılmasından başlamalıdır” deyib.
Suriya Mülki Aviasiya İdarəsi ilə Türkiyənin Kalyon İnşaat, Cengiz İnşaat və TAV İnşaat, Qətərin UCC və ABŞ-dan Assets Investments şirkətləri arasında Suriya Prezidenti Əhməd Şəranın iştirakı ilə 4 milyard dollar dəyərində strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən Kalyon Construction və Cengiz Construction daxil olmaqla konsorsium Dəməşq Beynəlxalq Hava Limanının obyektlərini reabilitasiya edəcək və eyni zamanda yeni obyektlər tikəcək. Dörd mərhələdə həyata keçirilən tutumun tədricən artırılması hava limanının illik sərnişin tutumunu səkkiz il ərzində 31 milyona çatdıracaq.
Ötən may ayında Suriyanın Energetika Nazirliyi ilə Türkiyənin Kalyon Holdinq və Cengiz Holdinq, Qətərin UCC və ABŞ-ın Power International şirkətləri arasında 7 milyard dollar dəyərində strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
Aytən Yaşar/ Turkustan.az