Kambocanın baş naziri Hun Manet və Tailandın baş nazirinin müavini Phumtham Wechayachai, sərhədlərində yaşadıqları gərginliyi müzakirə etmək üçün Malayziyanın vasitəçiliyi ilə paytaxt Kuala Lumpurda görüşdülər.
Turkustan.az xəbər verir ki, Malayziyanın baş naziri Ənvər atəşkəs danışıqlarından sonra tərəflərin yerli vaxtla saat 00:00-da "dərhal və qeyd-şərtsiz" atəşkəsin həyata keçirilməsinə dair razılığa gəldiyini açıqlayıb.
Cənub-Şərqi Asiyada yerləşən və 817 kilometrlik sərhəd hasarı ilə ayrılmış Tailand və Kamboca uzun müddətdir davam edən ərazi mübahisəsində qalıb.
Mayın 28-də Tailand və Kamboca arasında sərhəd müqaviləsinin pozulmasından sonra bölgədə qısa toqquşma baş verib və iki ölkənin ordusu məsələni sülh yolu ilə həll etməyə razılaşıb.
Aytən Yaşar/ Turkustan.az