Çin hökuməti ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxmaq qərarına "böyük ölkələrin etməli olduğu bu deyil" deyərək reaksiya verib.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun paytaxt Pekində təşkil edilən mətbuat konfransından sonra jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb.
ABŞ-ın YUNESKO-dan ayrılma qərarı ilə bağlı sualı cavablandıran Quo: "Böyük ölkələrin etməli olduğu bu deyil" deyən qərarı tənqid edib.
Quo həmçinin ABŞ-ı uzun müddətdir Birləşmiş Millətlər Təşkilatına (BMT) “borclarını ödəməməkdə” ittiham edib.
Ölkəsinin YUNESKO-ya "sarsılmaz" dəstəyini təkrarlayan Quo Çinin bütün ölkələri çoxtərəfliliyə sadiqliklərini təsdiqləməyə çağırdığını söylədi.
ABŞ-ın təşkilatdan çıxması 2026-cı il dekabrın sonunda qüvvəyə minəcək.
Aytən Yaşar/ Turkustan.az