Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin vəkili həbs qərarından apellyasiya şikayəti verib.
Turkustan.az rbk-ya istinadla xəbər verir ki, bu barədə saxlanılan şəxsin müdafiə tərəfinin nümayəndəsi Pavel Korobov danışıb.
Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsinin qərarı Cinayət-Prosessual Məcəlləsinin normalarının kobud şəkildə pozulması ilə çıxarılıb:
"Bu, yalnız ittihamın ağırlığına əsaslanır və bu, həbs üçün kifayət qədər əsas deyil".
Korobov qeyd edib ki, istintaq müvəkkilinin qaça biləcəyi, şahidlərə təsir göstərə biləcəyi, sübutları məhv edə biləcəyi və ya başqa yolla istintaqa mane ola biləcəyinə dair heç bir sübut təqdim etməyib.
Xatırladaq ki, M. Şıxlinski barədə 2 ay həbs qərarı çıxarılıb. /Yenisabah.az/