ABŞ Dövlət Departamenti Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında Vaşinqtonun mümkün iştirakını şərh edib.
Turkustan.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Temmi Brüs ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın Zəngəzur dəhlizi ilə bağlı dediklərinə münasibət bildirib.
T.Brüs qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin təşviqi səylərini dəstəkləyir və hadisələri yerində izləyir. Lakin o, məsələ ilə bağlı bundan əlavə heç nə deyə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, amerikalı səfir T.Barak Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək yolun 100 illik ABŞ-a icarəyə verilməsi məsələsinin gündəmdə olduğunu bildirib./publika.az