HƏMAS: İsrailin müqavimətçilərlə razılaşmaqdan başqa çarəsi yoxdur


İsrail məhbus mübadiləsindən başqa yol görmür.

Turkustan.az xəbər verir ki, HƏMAS bəyan edib ki, İsrail artıq onların irəli sürdüyü şərtlərdən kənar məhbus mübadiləsi aparmaqdan başqa çıxış yolu görmür.

Təşkilatın açıqlamasında qeyd olunub ki, İsrail ordusunun Qəzza zolağında əsirləri xilas etmək üçün həyata keçirdiyi əməliyyatlar uğursuzluqla nəticələnib.

"İşğalçılar əsirləri xilas edə bilmədikdən sonra, müqavimət döyüşçülərinin şərtlərinə əsaslanan, onların iradəsinə uyğun razılaşmanı qəbul etməkdən başqa yolları qalmayıb. Bu razılaşma milli və insan hüquqlarının təminatını, o cümlədən mühasirənin ləğvini və kütləvi aclıq siyasətinə son qoyulmasını əhatə edir", – HƏMAS bildirib.

Digər tərəfdən, İsrailin “Yedioth Ahronot” qəzeti danışıqlardan xəbərdar olan mənbələrə istinadla yazır ki, baş nazir Benyamin Netanyahu danışıqlar qrupuna Qəzza zolağında atəşkəs razılaşması əldə olunana qədər Qətərin paytaxtı Dohada qalmağı tapşırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ