İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla bir sıra şəxslər barəsində “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzv olmaq”, “rüşvət alma və vermə”, “tender saxtakarlığı”, “dələduzluq”, “qəsb”, həmçinin “şəxsi məlumatların qanunsuz əldə edilməsi” kimi ittihamlarla İstanbul Baş Prokurorluğu tərəfindən istintaq davam etdirilir.
Turkustan.az xəbər verir ki, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 18 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Bunlardan 14 nəfər saxlanılıb, 4 nəfərin isə axtarışları davam edir.
İstanbul Baş Prokurorluğunun açıqlamasında bildirilir:
“Əkrəm İmamoğlunun rəhbərliyi ilə yaradıldığı iddia edilən cinayət təşkilatına qarşı davam edən istintaq çərçivəsində 18 şübhəli barəsində rüşvət və tender saxtakarlığı ittihamları ilə əməliyyat keçirilmiş və onların tutulması üçün tədbirlər görülməkdədir.”
Saxlanılanlar arasında tanınmış ustad rəssam Erdal Ərzincanın qardaşı Dəniz Ərzincan da var.
Saxlanılan 14 nəfərin adları:
Erdinç Karataş
Ahmet Kudu
Erdal Günaydın
Müzəffər Hacımustafaoğlu
Can Karataş
Abdullah Karataş
Metin Demirci
Oktay Nuri Çelik
Əli Heydər Özkazanç
Murat Timuçin Altıer
Dəniz Ərzincan
Ali Cüneyt Özdemir
Gülsen Cokyigit
Taylan Cokyigit
İstanbul Böyükşəhər Bələdiyyəsində baş verən korrupsiya faktları ilə bağlı ümumilikdə 97 nəfər həbs edilib, 206 nəfər isə məhkəmə nəzarətinə verilib. İstintaqın genişləndirilərək davam etdirildiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az