İsrailin 4 yerə bölünmüş İran layihəsi var.
Turkustan.az xəbər verir ki, bu barədə xarici KİV-də məqalə yayımlanıb.
Məqalədə deyikir ki, ABŞ mərkəzli beyin mərkəzləri və Avropa Parlamentindəki bəzi simalar İranın etnik baxımdan parçalanmasını irəli sürən layihəni dəstəkləyir.
Vaşinqtonda yerləşən “Foundation for Defense and Democracies” (FDD) beyin mərkəzi İranın çoxmillətli quruluşunu zəif nöqtə kimi dəyərləndirib və xüsusilə də, kürd və bəluc regionlarında separatçı hərəkatları qızışdırılmasının önəmini diqqətə çatdırıb.
İsrailin planına dəstək
ABŞ-də öndə gedən “Quincy” institutunun mənbələrinə görə, Qərb İran üzrə atəşlə oynayır. İnstitutun əldə etdiyi məlumatlara görə, İsrailin Baş naziri Bünyamin Netanyahunun masasında gizli bir plan var. Planda İranın parçalanması üçün sünni, kürd və bəluc bölgələrinin təhlükəsizliyinə qarantiya verilməsi və müstəqillik üçün təşviq edilməsi öz əksini tapır.
Avropa parlamentində təşkil olunan “İranın gələcəyi” adlı toplantıya yalnız bu ölkənin Bəluci və Ahvaz (ərəb) bölgələrindən separatçı çıxışçıların dəvət olunması Avropa İttifaqındakı bəzi dairələrin də parçalanma senarisini ciddiyə aldığını ortaya qoyur.
Plan İran reallığından uzaqdır
Lakin kəşfiyyat ekspertləri İranın Suriya və ya keçmiş Yuqoslaviya kimi asanlıqla dağılacaq ölkə olmadığını, təqribən 90 milyon əhali, köklü tarixə sahib və milli kimliyə malik ölkə kimi dəyərləndirir.
“Los Anceles Times”də məqalə ilə çıxış edən İran üzrə ekspert, akademik Şervin Malikzadə İranda siyasətin min ildir ki, fasiləsiz olaraq milli kimlik şüuru əytrafında fomralaşdığını bildirib. O, Qərbin parçalanma istəyinin real olmadığını qeyd edib.
Kəşfiyyat mənbələri İsrailin hücumlarının ardından İranın şimalında separatçı meyillərin yox, “bayraq altında birləşmə” hissinin gücləndiyini bildirib. İranın ali lideri Əli Xamenei və Prezident Məsud Pezeşkianın azərbaycanlı əsilli olması və türk toplumunun dövlət mexanizminə inteqrasiya olduğunun ən mühüm göstəricisi kimi önə çəkilib.
Region üçün fəlakət
Kəşfiyyatçılar İsrailin planının reallıqdan uzaq olduğunu və İranın bölünməsinin ABŞ-nin regiondakı müttəfiqlərini də təhlükəyə atacağını ifadə ediblər. Türkiyənin İrandakı kürd separatçıları öz torpaqlarındakı PKK problemi ilə əlaqədar olaraq qətiyyən qəbul etməyəcəyi qeyd edilib. Həmçinin Pakistan Bəluci regionunda illərdir davam edən separatçılığa görə İran Bəlucistanında baş verəcək üsyanı milli təhlükəsizliyinə təhdid kimi görür. Hindistan həmçinin İrandakı qeyri-stabilliyin Çabhar limanı üzərindən Əfqanıstan və Mərkəzi Asiya ilə kommunikasiyanı təhlükəyə atacağını düşünür. Ekspertlərə görə, İranı bölmə cəhdləri Rusiya və Çini daha sıx anti-Qərb ittifaqına məcbur edəcək.
Avropanı gözləyən risk
Ekspertlər onu da vurğulayıb ki, İranın bölünməsi Suriyadakından daha böyük qaçqın dalğası yarada bilər. Bu da Avropanı yeni bir immiqrasiya krizisi ilə üz-üzə qoyacaq. Ekspertlər həmçinin vurğulayırlar ki, bu, həm də Hörmüz boğazında kirizisə səbəb olacaq və İran neftini dünyaya daşıyan rotasiyalar bağlanacaq. Beləliklə də Avropa iqtisadiyyatı ağır zərbə alacaq.