NATO Rusiyanın “müttəfiqlərimizin təhlükəsizliyinə təhdid yaradan zərərli kiber fəaliyyətlərini” qəti şəkildə pisləyib.
Turkustan.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, NATO-ya üzv ölkələrin daimi nümayəndələrini birləşdirən Şimali Atlantika Şurası Moskvanın "müttəfiqlərin təhlükəsizliyinə təhdid yaradan zərərli kiber fəaliyyətlərini" qəti şəkildə pisləyib.
Bəyanatda Estoniya, Fransa, Böyük Britaniya və ABŞ-ın NATO ölkələri və Ukraynanı hədəf alan son kiber fəaliyyətlərə görə Rusiyanın hərbi kəşfiyyat xidməti olan Baş Qərargah Baş Kəşfiyyat İdarəsini (GRU) məsul tutduqları və bu mövzuda müttəfiqlərin həmrəyliyi vurğulanıb.
Bəyanatda qeyd olunub ki, bu fəaliyyətlər Moskvanın kiber dünyada Birləşmiş Millətlər Təşkilatının (BMT) çərçivəsinə “diqqətsizlik” nümayiş etdirir və Moskvanı bu fəaliyyətləri dayandırmağa çağırıb.
Bəyanatda həmçinin vurğulanıb ki, müttəfiqlər kiber təhdidlərin qarşısını almaq üçün bütün imkanlarından istifadə etməkdə qərarlıdırlar.
Aytən Yaşar/ Turkustan.az