Miqrantların Rusiyaya gəlişi proseduru dəyişdirilə bilər.
Turkustan.az spravedlivo.ru saytına istinadən xəbər verir ki, belə bir təkliflə rusiyalı deputat Sergey Mironov çıxış edib.
O, ölkəyə gələn miqrantlar üçün karantin tətbiq etməyi, gələcəkdə isə iş vizalarının yalnız həkim arayışı ilə verilməsini tələb edib. S. Mironov hesab edir ki, miqrantlar arasında meningokok infeksiyasına yoluxma halları kəskin artdığı üçün belə bir qərarın verilməsi zəruridir.
Meningokok virusuna yoluxmanın 2,5 dəfədən çox artdığını söyləyən millət vəkili bunu peyvəndi olmayan miqrantların axını ilə əlaqələndirib: "Miqrantlara iş vizası yalnız peyvəndləri və təhlükəli yoluxucu xəstəliklərin olmadığını təsdiq edən tibbi arayışlar əsasında verilməlidir”.
Rus siyasətçi vurğulayıb ki, miqrantları ölkəyə buraxdıqdan sonra tutmaq faydasızdır. /Qafqazinfo/