Generaldan xəbərdarlıq: NATO bu iki ölkə ilə qarşı-qarşıya


NATO Rusiya və Çinlə iki cəbhədə münaqişəyə hazır olmalıdır.

Turkustan.az xəbər verir ki, bunu NATO-nun ABŞ-dakı qüvvələrinin komandanı general Qrinkeviç bildirib.

General 2027-ci ili “gərginlik ili” adlandıraraq, həmin dövrə qədər NATO-nun strateji və hərbi hazırlığını gücləndirməli olduğunu vurğulayıb.

Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, Çinin NATO-nun məsuliyyət zonası ilə hansı əlaqəsinin olduğu hələ də aydın deyil. Alyansın əsas fəaliyyəti Şimali Atlantika bölgəsini əhatə etdiyindən, Pekinlə bağlı narahatlıqlar suallar doğurur. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ