Avropa Rusiyanın dostuna vəd verdi: Moskvanı dərhal “satdı”


Slovakiya 18-ci anti-Rusiya sanksiyalar paketinin qəbuluna mane olmağı dayandırıb və Avropa İttifaqının (Aİ) güzəştləri səbəbindən onunla razılaşıb.

Turkustan.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, yeni məhdudiyyətlər paketini bir neçə dəfə bloklayan Slovakiya əmin edilib ki, Rusiya qazının idxalına tam qadağa qoyulacağı təqdirdə onun ağır iqtisadi və maliyyə nəticələrindən qorxmağa ehtiyac yoxdur.

Qeyd olunur ki, Slovakiyanın baş naziri Robert Fitso bütün paketdən fərqli olaraq Rusiyadan qazın qadağan edilməsi planına mane ola bilməyəcəkdi. Çünki belə qərarlar səs çoxluğu ilə qəbul edilir./publika.az


MANŞET XƏBƏRLƏRİ