Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub


Ukrayna ordusunun daha bir azərbaycanəsilli hərbçisi həlak olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı Faiq Musayev Xarkov vilayətinin Kupyansk cəbhəsində həlak olub.

Azərbaycanlı hərbçi Kiyev vilayətində dəfn olunacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.


MANŞET XƏBƏRLƏRİ