ABŞ kəşfiyyatı ötən ay İsrailin hücumları nəticəsində İran Prezidenti Məsud Pezeşkianın yaralandığını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
İranın Ali Təhlükəsizlik Şurasının iclası zamanı hücumun baş verdiyi və nəticədə orada olan İran prezidentinin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, daha əvvəl “Fars” xəbər agentliyi də Məsud Pezeşkianın yaralandığına dair məlumat yaymışdı./globalinfo.az