MOSSAD ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının yüksək vəzifəli üzvlərinə qarşı İran tərəfindən sui-qəsd ediləcəyi ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat verib.
Turkustan.az xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.
Məlumata görə, sui-qəsd partlayıcı maddələrlə yüklənmiş dronlar vasitəsilə həyata keçiriləcək.
Həmçinin bildirilib ki, bu məlumat başqa bir Qərb kəşfiyyat xidməti tərəfindən də təsdiqlənib./axar.az