Norveç Ukraynaya qarşı davam edən təcavüzə görə Rusiya və Belarusun peşəkar idmançılarının, eləcə də köməkçi heyət üzvlərinin beynəlxalq yarışlarda iştirak etmək üçün ölkəyə girişinə qadağa qoyub.
Turkustan.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.
O bildirib ki, Rusiya raketləri və PUA-ları Ukraynada dinc sakinləri öldürməyə davam etdiyi müddətdə rusiyalı idmançıların beynəlxalq yarışlara qaytarılmasını müharibə reallıqlarından ayrı nəzərdən keçirmək mümkün deyil.
Sibiqa əlavə edib ki, Finlandiya, Kanada və Norveçin konkret addımları Rusiyanın beynəlxalq idmana qayıtmasına qarşı müqaviməti gücləndirir./Bizim.Media