COP31-də açıq mikrofon qalmaqalı: Nalayiq zarafatı hamı eşitdi


Antalyada keçirilən COP31 İqlim Sammitində Avstraliyanın Baş naziri Entoni Albaniz və İqlim naziri Kris Bouen arasında şəxsi söhbət mikrofonun açıq qalması səbəbindən bütün zalda eşidilib.

Turkustan.az Haberler-ə istinadən xəbər verir ki, telefonların insan sağlamlığına təsiri barədə başlayan söhbət iki siyasətçinin nalayiq zarafatları ilə davam edib. Onlar mikrofonun açıq olduğunu fərq etməyiblər.

Avstraliya Baş nazirinin ofisindən bildirilib ki, siyasətçilər iclaslar arasındakı fasilədə sadəcə zarafatlaşıblar. Ətraf mühit naziri Mürrey Uott da hadisəni həmkarlar arasında zarafatlaşma kimi qiymətləndirib.

Qeyd edək ki, Albaniz daha əvvəl müğənni Kayli Minouq haqqında nalayiq ifadələr işlətdiyinə görə tənqid olunmuş və üzr istəmişdi./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ