Donetskin "Şaxtyor" klubu Avropa Liqasında "İlves"lə 0:0 hesablı heç-heçə edərək növbəti mərhələyə yüksəlib, indi "Beşiktaş"la qarşılaşacaq.
Baş məqşçi Arda Turanın oyunsonrası müsahibə zamanı ukraynalı jurnalistlə göz təması qurmaması diqqət çəkib. İstifadəçilər bunu onun həyat yoldaşı Aslıhan Doğandan qorxması ilə əlaqələndiriblər.
Arda Turanın rəhbərlik etdiyi Ukraynanın "Şaxtyor"u Avropa Liqasının ilk turunun cavab oyununda Finlandiyanın "İlves"i ilə səfərdə qolsuz bərabərə qalıb. İlk oyunda 6:0 hesabı ilə qalib gələn "Şaxtyor" ümumi hesabda irəliləyərək ikinci təsnifat mərhələsində "Beşiktaş"ın rəqibi olub.
Qarşılaşmadan sonra "Şaxtyor"un baş məşqçisi Arda Turan klubun kanalına danışıb. Ancaq müsahibə zamanı onun davranışı oyunun özündən çox sosial media mövzusuna çevrilib. 38 yaşlı baş məşqçi 24 yaşlı ukraynalı jurnalist Dariya Bondar Savina ilə müsahibə zamanı göz təmasından yayınıb. Turanın bu davranışı tez bir zamanda sosial mediada trend mövzusuna çevrilib.
Sosial şəbəkə istifadəçiləri Turanın bu mövqeyinə “Aslıhan Doğandan ehtiyat edir”, “Gözü arvadındadır, ürəyi nizam-intizamdadır” kimi şərhlər yazıb.
Xatırladaq ki, Arda Turan və həyat yoldaşı Aslıhan Doğan Turan keçmişdə xəyanət iddialarına görə bir qədər gərginlik yaşayıblar. Ancaq onların evliliyi son vaxtlar stabilləşməyə başlayıb./lent.az