Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “XIX əsr İrəvan mətbəxi” layihəsinin icrasını davam etdirir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində nəzəri hissəsində iştirak edən müdavimlər 17 iyul 2025-ci il tarixində layihənin təcrübə hissəsində iştirak etdilər. Öncə cıxış edən AMKA-nın prezidenti Tahir Əmiraslanov ölkə Prezidentinin rəhbərliyi ilə Qərbi Azərbaycana böyük qayıdışa hazırlıq getdiyini qeyd etdi və söylədi ki, “Qarabağa qayıdışda olduğu kimi bu qayıdışda da öz dədə-baba yurduna yalnız əhalimiz deyil, həm də mədəniyyətimiz və mədəniyyətimizi qoruyan, özündə əks etdirən milli mətbəx də qayıdacaq.”
XANƏDAN Etno Restoranında müdavimlər XIX əsr İrəvan mətbəxinə aid 50-dən çox mətbəx nümunəsi hazırladılar və bu nümunələrin fotolarının çəkilməsində iştirak etdilər .
Müdavimlər sertifikatla dəyərləndirildilər.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Prezident Administrasiyasına bu işə göstərdikləri diqqətə və AMKA-ya göstərdikləri yüksək etimada görə təşəkkür bildirildi.
Paylaş