Suriyanın əs-Suveyda əyalətində druzlər və bədəvilər arasında baş verən toqquşmalar nəticəsində 37 nəfər ölüb təxminən 100-ü yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Yerli mənbələrdən əldə edilən məlumata görə, qarşıdurma hər iki tərəfin bir-birinə məxsus avtomobilləri ələ keçirməsi ilə başlayıb. Tərəflər arasında yaranan gərginlik qısa zamanda şiddətli atışmalara çevrilib.
Öldürülənlərin 27-sinin druz, 10-unun bədəvi olduğu bildirilib. Ölən və yaralananların əksəriyyətinin silahlı qruplaşmaların üzvləri olduğu, lakin qarşıdurmalardan bəzi mülki şəxslərin də zərər çəkdiyi qeyd olunub.
Daxili İşlər Nazirliyi qarşıdurmalardan sonra Müdafiə Nazirliyi ilə koordinasiyalı şəkildə bölgəyə qoşun yeridiləcəyini açıqlayıb./publika.az