Peskov: Rusiya danışıqlara hazırdır, lakin Ukrayna tələsmir


Rusiya danışıqların üçüncü raundunu keçirməyə hazır olduğunu bildirir və tarixlərin təyin olunmasını gözləyir, lakin Ukrayna açıq şəkildə tələsmir.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aydındır ki, Kiyev tələsmir. Biz hələ vaxtla bağlı təklifləri gözləyirik. Rusiya tərəfi davam etməyə və üçüncü raund keçirməyə hazırdır. Vəziyyətin necə inkişaf etdiyi barədə bunu demək olar", - o deyib.

İyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpa olunmuş ikinci raundu baş tutub. Görüş bir saatdan bir qədər çox davam edib, nümayəndə heyətləri rus dilində danışıblar. Tərəflər münaqişənin həlli aspektlərinə baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıblar. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya Ukrayna tərəfinə iki hissədən ibarət memorandum təqdim edib, həmçinin əsirlərin, ağır xəstələrin və gənc (25 yaşadək) məhbusların mübadiləsinə dair razılıqlar əldə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ