Suriyada druz və bədəvi qrupları arasında toqquşma: 10 ölü, 40 yaralı


Suriyadakı yerli mənbələrin məlumatına görə, qarşıdurma hər iki tərəfin bir-birinin maşınlarını ələ keçirməsi ilə başlayıb.

Turkustan.az xəbər verir ki, iki tərəf arasında gərginlik sürətlə ağır silahlı toqquşmaya çevrilib.

Orta və ağır silahların tətbiq edildiyi qarşıdurmada ən azı 10 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilir.

AA-nın məlumatına görə, ölən və yaralananların əksəriyyəti silahlı qruplaşmaların üzvləridir, lakin qarşıdurmalardan bəzi mülki şəxslər də zərər çəkib.

Yaralıların şəhərdəki xəstəxanalarda müalicəsi davam edərkən, ölənlərin sayının artacağı ilə bağlı qorxular var.

Suveyda valisi Mustafa Bekkur verdiyi yazılı açıqlamada sağlam düşüncə və dialoqun yeganə çıxış yolu olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ