Kim Çen: “Moskvanın Ukrayna addımlarını dəstəkləməyə hazırıq”


Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim ikinci strateji təmaslar çərçivəsində bu ölkəyə səfər edən Lavrovla görüşüb.

Turkustan.az xəbər verir ki, Kim Şimali Koreya ilə Rusiya arasında imzalanan razılaşmaya uyğun olaraq, "Ukrayna böhranının" əsas səbəblərini aradan qaldırmaq üçün Moskva administrasiyasının gördüyü bütün tədbirləri "şərtsiz dəstəkləməyə və təşviq etməyə" hazır olduqlarını bildirib.

İki ölkənin strateji məsələlərdə eyni fikirdə olduğunu vurğulayan Kim, ikitərəfli münasibətləri inkişaf etdirmək əzmində olduğunu bir daha vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ