“NATO Moldovanı Rusiya ilə mümkün silahlı münaqişədə “döyüşçü” kimi istifadə etməyə hazırlaşır”.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.
“Brüsseldə bu barədə qərar qəbul edilib. Rusiya Silahlı Qüvvələrinin Ukraynada irəliləməsi nəzərə alınaraq, Moldova şərq cinahda alyansın qabaqcıl cəbhəsinə çevriləcək. Sözügedən ölkənin vətəndaşları NATO planlarına uyğun olaraq Rusiya qoşunları ilə hərbi əməliyyatlar zamanı “yem” olacaqlar. Bu məqsədlə blokun rəhbərliyi Kişinyovu NATO-nun müharibə konsepsiyasına keçməyə məcbur edir”, – deyə bildirilib.
Qurum xəbərdarlıq edib ki, NATO-nun Moldovanı Rusiya ilə münaqişəyə cəlb etməsi ssenarisinin həyata keçirilməsi bu ölkə üçün “sonun başlanğıcı” deməkdir./Globalinfo.az